Avtoreyd.Az Gündəm Saytla bağlı nazirlikdən açıqlama

Saytla bağlı nazirlikdən açıqlama


Prezident İlham Əliyevin 13 fevral 2017-ci il tarixində Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə bağlı Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində Təftiş Komissiyası işini davam etdirir.

Nazirlikdən verilən məlumata görə, hazırda iki nazirliyin birləşmə prosesi aparılır. Yeni yaradılan nazirliyin Əsasnaməsi və Strukturu təsdiq edildikdən sonra nazirliyin yeni yaradılan saytı və domen ünvanı da zəruri dəyişikliklər edilərək ictimaiyyətə təqdim olunacaq.

Hazırda həm Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytı (www.mincom.gov.az) həm də Nəqliyyat Nazirliyinin saytı (www.mot.gov.az) istifadəçilərin ixtiyarındadır. KİV-də qeyd olunanların əksinə olaraq, hər iki saytda ölkə başçısının müvafiq Sərəncamları “Qanunvericilik” bölməsinin “Sərəncamlar” alt bölməsində yerləşdirilib.

Media nümayəndələrindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq görülən tədbirləri kontekstindən çıxartmayaraq cəmiyyətə savadlı formada çatdırmaqda səylərini əsirgəməməyi xahiş edirik.

AvtoReyd.Az

Related Post

Yeni yolların çəkilməsi sürüşmələrin aktivləşməsinə səbəb olur? – RƏSMİ AÇIQLAMA – VİDEOYeni yolların çəkilməsi sürüşmələrin aktivləşməsinə səbəb olur? – RƏSMİ AÇIQLAMA – VİDEO

”Yeni yolların çəkilməsi sürüşmələrin aktivləşməsinə səbəb olur” belə bir açıqlamanı Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov verib. “Azəravtoyol”dan iddialara cavab verilib və yol çəkilərkən geoloji araşdırmaların aparıldığını və layihənin müvafiq