Avtoreyd.az bildirir ki, hazırda bütün dünyanın dalğıc və sualtı üzgüçülük həvəskarları bu günlərdə İslandiyada çəkilən videonu müzakirə edir.
Iki qitənin: Şimali Amerika və Avrasiya qovşağında yerləşən bu qədim göl yeraltı suların hesabına qidalanır. Burada temperatur 2-3 dərəcəni keçmir.
Kiki Boş adlı xanım suyun soyuq olmasından qorxmayaraq, heç bir istilətmə kostyumu haqqında düşünməyərək,sadəcə çimərlik geyimində sualtı dünyaya baş vurub.
Qeyd edək ki, göldə su nəinki soyuq, həm də tamamilə şəffafdır. 300 metrə qədər hər şey aydın görünür.