Caypur sakinləri onları heyrətə salan qəribə hadisənin şahidi olublar.
Avtoreyd.az bildirir ki,Həsənpur rayonu ərazisində yol kənarında bağlanan at özünü güclü istinin təsirindən hərəkət edən avtomobilə çırpıb. Həmin vaxt havanın hərarəti 43 dərəcə olub.
Həm avtomobilin sürücüsü, həm də at yünügül xəsarət alaraq, ətrafda olanların və meşə departamentinin əməkdaşlarının köməyi ilə xilas ediliblər.
Yol kənarında sahibi tərəfindən dirəyə bağlanan at boynundan asılan yem torbasına başını saldıqdan bir müddət sonra ilişib qaldığından özündən çıxıb. Həm bu, həm də dözülməz isti özündən çıxan heyvanı ipi qırmağa, sonra isə əvvəlcə özünü motosiklə, daha sonra avtomobilə çırpmağa vadar edib.
“Bu hərəkəti ilə at həm dözülməz istiyə, həm də sahibinin onu dirəyə bağlaması səbəbəbindən görmə qabiliyyətinin məhdudlaşdırılmasına reaksiya verib. Heyvan yüngülvari xəsarət alıb. Başqa heç bir ciddi zədə yoxdur”,- bunu atı müayinə edən həkim Arvind Matur deyib.