Avtoreyd.az bildirir ki, ABŞ-da, 28 yaşlı avtomobil yarışmaçısı xanım Kortni Fors yarış zamanı az qalıb ki, həlak olsun.
Nyu-Hempşirdə keçirilən yarışlarda startdan bir neçə saniyə sonra saatda təxminən 500 kilometr sürətlə hərəkət edən Kortni Forsun yarış avtomobilinin mühərriki partlayıb. Alışan avtomobil yolun kənarına çırpılaraq, hissələrə bölünüb.
28 yaşlı xanım Fors heç bir xəsarət almadan, müstəqil şəkildə avtomobildən çıxa bilib. Onu alovdan xüsusi yarış kostyumu qoruyub.
Hadisədən artıq növbəti gün sonra Kortni Fors yarışlarda iştirakına davam edib və NHRA New England Nationals yarışında ikinci yeri tutub.