Avtoreyd.Az Hadisə Bakıda yol polisi rəisinin oğlu maşını yüksək sürətlə idarə edərək aşırıb, yaralananlar var – FOTO – VİDEO

Bakıda yol polisi rəisinin oğlu maşını yüksək sürətlə idarə edərək aşırıb, yaralananlar var – FOTO – VİDEO


Bakının Xəzər rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az“Report”un xəbərinə görə,bildirir ki, 26 yaşlı Hacıyev Əli Etibar oğlu idarə etdiyi “Hyundai” markalı avtomobil ilə Zığ yolunda hərəkətdə olarkən sürət həddini aşıb və maşın idarəetmədən çıxaraq yolun kənarındakı yamacdan aşağı doğru aşıb.

Nəticədə sürücü Əli Hacıyev və avtomobildə olan 31 yaşlı sərnişin Nəsrullayev Şamil Mürsəl oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Avtomobil deformasiyaya uğrayıb.

Qeyd edək ki, Əli Hacıyev respublikanın rayon yol polisi şöbələrindən birinin rəisi olan Etibar Hacıyevin oğludur.

Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır.

AvtoReyd.Az

Related Post

Natiq Əliyev vəfat etdiNatiq Əliyev vəfat etdi

Türkiyənin İstanbul şəhərində müalicə olunan energetika naziri Natiq Əliyev dünyasını dəyişib. “APA-Economics”in əldə etdiyi məlumata görə, İstanbulun “Florence Nightingale” klinikasında müalicə olunan nazirin vəziyyəti qəfildən pisləşib. Həkimlərin müdaxiləsi yetərsiz olub.