Avtoreyd.Az Avtoxəbər Çində yeni nəqliyyat növü təqdim olunub. VIDEO

Çində yeni nəqliyyat növü təqdim olunub. VIDEO

| | 0 Comments | 17:51

Avtoreyd.az bildirir ki,Çinin CRRC şirkəti tamamilə yeni nəqliyyat növü təqdim edib- rels üzərində muxtar şəkildə hərəkət edən sürətli tranzit.

İxtira ART adlanır yəni Autonomous Rail Rapid Transit. Bu da tramvayla avtobusun hibridi deməkdir.

Maşın asfaltda xüsusi nişan olduğu halda, yolda adi avtobus kimi hərəkət edir. ART, qatar kimi modul tiplidir, sərnişinlərin sayından asılı olaraq əlavə vaqon qoşmaq və ayırmaq olar. Hər vaqon təxminən 100 nəfər tutur.

Belə nəqliyyat növü sürücüsüz hərəkət edir, ancaq sınaq müddəti zamanı  sərnişinlərin təhlükəsizliyi üçün yenə də ART-ı insan idarə edir.

Bu cür “tramobus” asfaltda çəkilmiş qoşa xətt üzrə hərəkət edir və maneələri aşmaq üçün bir sıra sensora malikdir.

Maşın elektriklə ilə çalışır və 10 dəqiqəlik enerji ehtiyatı yığdıqdan sonra 25 kilometrə qədər məsafə keçə bilər.

İlk ART xətti hazırda Çjuçjou şəhərində lahiyələşdirilir və plan üzrə istismara hardasa 2018-ci ildə veriləcək.

Related Post

Azərbaycan və İranın birgə istehsal etdiyi avtomobilin ilk nümunəsi (Video+Foto)Azərbaycan və İranın birgə istehsal etdiyi avtomobilin ilk nümunəsi (Video+Foto)

Neftçala sənaye zonasında yerləşən “Xəzər” Azərbaycan-İran birgə avtomobil zavodunda ilk avtomobillərin istehsalına başlanılıb. AvtoReyd.Az xəbər verir ki, zavodda “Dena”, “Rana”, “Soren”, “Samand” markalı avtomobillər, eləcə də “Peugeot”un bir sira modelləri istehsal