Avtoreyd.Az Gündəm Formula 1 üçün eyvan icarəyə verilir – Bakıda yeni elanlar – VİDEO

Formula 1 üçün eyvan icarəyə verilir – Bakıda yeni elanlar – VİDEO


23-25 iyun tarixləri arasında Bakıda keçiriləcək “Formula 1” yarışlarına az qalmış trekin keçdiyi ərazilərdə yarış zolağına baxan eyvanlara maraq artıb. Həmin evlərin sakinləri belə eyvanları icarəyə vermək üçün hazırlıqlara başlayıblar. Onlar artıq müştəri axtarışına da çıxıblar. Belə eyvanlardan yarışı izləyənlərə çay, kofe, hətta istəsələr yemək də təklif olunacaq.

“Formula 1” yarışlarına az qalmış evinin eyvanı yarış zolağını görən ev sahibləri müştəri axtarmağa başlayıblar. Onlar müxtəlif saytlara elanlar yerləşdirərək, yarışı izləmək istəyənlərə eyvanlarını icarəyə verməyə hazırlaşırlar.

Belə eyvanlarda tamaşaçılara müxtəlif xidmətlər də təklif edilir.

Ev sahibləri deyirlər ki, ötən il müştəri tapmaqda çətinlik çəkiblər. Bu ilə isə bəzi səyahət şirkətləri belə evlərlə maraqlanmağa başlayıblar.

Qiymətlər isə qarşılıqlı razılıq əsasında müəyyənləşdiriləcək. Üstəlik, eyvanlarda televizor da qoyulacaq ki, qonaqlar trekin görünməyən ərazilərini izləyə bilsinlər.

“Formula 1” əməliyyat komitəsinin sözçüsü Nigar Arpadarainin “Xəzər Xəbər”ə verdiyi məlumat görə, belə eyvanların sakinlər tərəfindən icarəyə verilməsində heç bir qadağa yoxdur. Sadəcə ev sahibləri hər hansı yad əşyanın oyun zolağına atılmamasına diqqət etməlidirlər. Əks halda bu şəxslər məsuliyyətə cəlb ediləcəklər.xezerxeber/

AvtoReyd.Az

Related Post

Dövlət avtomobilləri satışa çıxır – KİA 4 000, Daewoo 3000 AZN (QİYMƏTLƏR)Dövlət avtomobilləri satışa çıxır – KİA 4 000, Daewoo 3000 AZN (QİYMƏTLƏR)

Azərbaycanda dövlət maşınları satışa çıxarılır. AvtoReyd.Az-in məlumatına görə, 18 sentyabr tarixində hərraca Vergilər Nazirliyinin 8 ədəd avtomobili çıxarılacaq. Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə