Avtoreyd.az bildirir ki, Çinin Hebey əyalətinin sakinləri əsl qəhrəmanlığın şahidi olublar.
Hebey əyalətindəki restoranlardan birində binanın üçüncü mərtəbəsində yanğın baş verib. Tez bir zamanda bütün obyekti bürüyən alov insanları öz ağuşuna alıb.
Sürətlə yayılan alovun çəngində içəridə qalan insanların dadına təsadüfən yaxınlıqdan keçən noxud şitilləriylə dolu yük maşınının sürücüsü yetişib.
O, avtomobilini yanan binanın pəncərələri altında saxlayaraq, içəridə qalan insanların tərəvəzin üzərinə tullana bilməsinə şərait yaradıb. Yumşaq bitkilər üstünə düşən insanlar, odda diri-diri yanmaqdan qurtulublar.