ABŞ-ın Nyu-Hempşir ştatında keçirilən dreq-raysinq avtomobil yarışı zamanı rekord sürətlə hərəkət edən avtomobil partlayıb.
Virtualaz.org xarici KİV-lərə istinadla xəbər verir ki, avtomobilin sükanı arxasında 28 yaşlı yarışç Kortni Fors olub. Onun avtomobili startdan bir neçə saniyə sonra saatda 500 kilometrə yaxın sürət yığıb və bu zaman əvvəlcə yanğın, ardınca partlayış baş verib. Avtomobil parça-parça olsa da idmançı möcüzə sayəsində sağ qalıb. Bu yarışda iştirakçılar 402 metr məsafədə maksimal sürət yığmaq uğrunda yarışırdılar.
xezerxeber.az