Avtoreyd.az bildirir ki, Amerikanın Konnektikut ştatının, Bricport şəhər sakini Şanta Cordan uşağın üstünə sürətlə gələn avtomobilin qarşısına atılmaqla, əsas zərbəni öz üzərinə qəbul edib.
Uşaq ciddi travmalar alsa da, Cordanın sayəsində sağ qalıb. Əvvəlcə onun ayaqlarının amputasiya edilmə təhlükəsi olsa da, saatlarla sürən əməliyyatdan sonra azyaşlının ayaqlarını xilas etmək mümkün olub.
Hazırda qadın xəstəxanadadır, lakin çıxdıqdan sonra Şanta Cordanı igidliyinə görə mükafat gözləyir.