Avtoreyd.Az Avtoxəbər Bakıda yanacaqdoldurma məntəqələrinə xəbərdarlıq edildi – VİDEO

Bakıda yanacaqdoldurma məntəqələrinə xəbərdarlıq edildi – VİDEO


Bəzi marşrut avtobusları yanacaqdoldurma məntəqələrinə sərnişinlə daxil olaraq benzin doldururlar. Bu cür hallardan şikayətin artması Bakı Nəqliyyat Agentliyini hərəkətə keçirib. Qurum belə hadisələrin bir də yaşanmaması üçün yanacaqdoldurma məntəqələrinin sahiblərinə məktub ünvanlayıb.

İçərisində sərnişinlə birlikdə yanacaqdoldurma məntəqəsinə daxil olur və yanacaq avtobusa içərisi dolu olduğu halda vurulur. Qanunla qadağan edilən bu halların son zamanlar tez-tez baş verməsi Bakı Nəqliyyat Agentliyini yeni tədbirlər görməyə məcbur edib. Agentlik belə hallara yol verilməməsi üçün yanacaqdoldurma məntəqələrinin sahiblərinə müraciət edib.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mayis Ağayevin sözlərinə görə sərnişinlərin təhlükəsizliyinin təmin olunması hər şeydən önəmlidir və bu məsələdə heç kəsə güzəşt edilməyəcək.

Onu da qeyd edək ki, hazırda sərnişindaşımada çalışan sürücülərə içərisində sərnişinlə dolu yanacaqdoldurma məntəqələrinə girmək qadağan edilib və buna görə sürücüyə 3 cərimə balı, eyni anda 60 manat maliyyə sanksiyası nəzərdə tutulub. Ancaq bu məsələdə yanacaqdoldurma məntəqələrinin üzərinə heç bir məsuliyyət qoyulmayıb. Buna görə də sərnişinlə dolu avtobusların yanacaqdoldurma məntəqələrinə daxil olması halları tez-tez baş verir.

xezerxeber/

Related Post

Varlılar üçün müdhiş elektromobil: heyran olmamaq əldə deyil (Video)Varlılar üçün müdhiş elektromobil: heyran olmamaq əldə deyil (Video)

“Daimler AG” şirkəti “Vision Mercedes-Maybach Ultimate Luxury” adlı elektrokrossoveri təqdim edib. Yenicag.az bildirir ki, bu barədə “Technote” məlumat yayıb.  Elektromobilin yeni konsepti lüks seqmentə aiddir və qəribə dizayner özəlliklərilə zəngindir. Sözügedən elektromobil ümumi gücü

Köhnə Volvonu körpüsalınmasında istifadə edilən tank tipli zirehli maşının 38,8 litrlik motoru ilə təchiz etdilər (Video)Köhnə Volvonu körpüsalınmasında istifadə edilən tank tipli zirehli maşının 38,8 litrlik motoru ilə təchiz etdilər (Video)

Avtoreyd.az  bildirir ki, isveçli Viktor Yonson 1960-cı il istehsalı olan azlitrajlı Volvo PV544 avtomobilini, tank tipli zirehli maşının dizel mühərrikiylə təchiz edib. Bunun üçün o, demək olar ki, şassini altı