Bakıda ağır yol qəzası baş verib.
Lent.az xəbər verir ki, Bakı-Ələt magistralının 29-cu kilometrliyində – Yol Patrul Xidmətinin Qaradağ postunun yaxınlığında 01 BU 120 dövlət qeydiyyat nişanlı “Mercedes” qəzaya uğrayıb. Avtomobilin idarəetmədən çıxaraq yolun ortasındakı metal çəpərlərə çırpılması nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə ağır xəsarət alıb. Ölən və yaralananların hamısı gənc oğlanlardır.
Faktla bağlı araşdırma aparılır.