Avtoreyd.Az Avtoxəbər “Ford” avtomobilləri geri çağırır

“Ford” avtomobilləri geri çağırır


“Ford” şirkəti Rusiyada 250-yə yaxın avtomobili geri çağırıb.

AvtoReyd.Az Trend-ə istinadən bildirir ki, qərar arxa təkərin nizamlama rıçaqında qeydə alınan qaynaq qüsurları ilə əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2014-cü ildə Rusiyada satılmış “Explorer” modellərinə şamil olunur.

 Bu qüsurların avtomobilin idarəetməsinin itirilməsinə gətirib çıxara biləcəyi deyilir.

Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

AvtoReyd.Az

Related Post