Sakinlərin əksəriyyəti küçə və prospektlərin adlarını reklam bukletləri, toy dəvətnamələri və mağazaların ödəniş qəbzlərindən öyrənə bilirlər.
Küçə adları var, lakin bu adları bildirən lövhələr yoxdur. Sumqayıtda küçə adını bildirən lövhələri görmək müşkül məsələyə çevrilib. Elə buna görə də sakinlərin əksəriyyəti yaşadıqları ərazinin hansı küçədə yerləşdiyini bilmirlər.
Sakinlərin əksəriyyəti küçə və prospektlərin adlarını reklam bukletləri, toy dəvətnamələri, mağazaların ödəniş qəbzlərindən və avtomobillərin naviqasiya sistemindən istifadə etməklə öyrənirlər.
Məsələ ilə bağlı əmlak Məsələləri üzrə Dövlət Komitəsindən “Xəzər Xəbəır”ə bildirildi ki, hazırda bu istiqamətdə işlər aparılır və yaxın vaxtlarda küçə adlarını bildirən lövhələrin quraşdırılmasına başlanılacaq.xezerxeber/