Avtoreyd.Az Hadisə Yol qəzasında xəsarət alıb – ancaq qarşı tərəf ziyanı ödəmir – VİDEO

Yol qəzasında xəsarət alıb – ancaq qarşı tərəf ziyanı ödəmir – VİDEO


Azərbaycan Dillər Universitetinin tələbəsi Zəhra Əliyeva dərsə gedərkən avtomobil onu vurub. Nəticədə də o, kəllə beyin travması alaraq xəstəxanda müalicə alıb. İndi tələbənin valideynləri qarşı tərəfdən dəymiş ziyanı tələb edirlər.

Universitetə gedərkən avtomobil vurdu ancaq, bu günə qədər qarşı tərəf ona dəymiş ziyanı ödəmir.

Biləsuvar rayon Amankənd sakini Zəhra Əliyeva ötən ay Təhsil Aldığı Dillər Universitetinə dərsə gedərkən onu avtomobil vurub.Hadisəni törədən isə bir xanım sürücü olub və özü tələbəni xəstəxanaya çatıdırb.Ağır kəllə beyin travması alan tələbə Zəhra Əliyeva 14 gün müddətində 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alıb.

Zərərçəkənin yaxınlarının sözlərinə görə mülicə aldığı gündən indiyə kimi hadisəni törədən sürücü nəinki mülicə xərclərini qarşılamayıb, hətta bir dəfə də olsun xəstəyə baş çəkməyib.Qəzadan isə Zəhranın yadında qalan yalnız Sürücünün xanım olması və onun Cip markalı avtomobili idarə etməsi olub.

Hazırda gənc xanımın ev şəraitində müalicəsi davam etdirilir.Onun yaxınları hadisəni törədənlərin müalicə xərclərinin qarşılanmasını istəyirlər.Faktla bağlı Polisə də müraciət olunub.Qarşı tərəf qəzanı törədən sürücü ilə əlaqə saxlasaqda telefona cavab verən olmadı.Bəs belə halda vətəndaş nə etməlidir?Hüquqşunas Kamandar Hüseynov deyir ki,ilk növbədə zərərçəkmişin qəzada günahı olub-olmadığı yol polisi tərəfindən müəyyənləşdirilməlidir.Əgər vətəndaş dövlət xəstəxanasında müalicə alıbsa və heç bir ödəniş etməyibsə bu zaman onun günahının olub-olmasından aslı olmayaraq qarşı tərəfdən dəymiş maddi ziyanı tələb edə bilməz.

Bununla yanaşı,vətəndaş məhkəməyə ona dəymiş mənəvi ziyanla bağlıda müraciət edə bilər. Əgər yol polisi tərəfindən qəza zamanı vətəndaşın günahı sübuta yetirilərsə bu zaman qanuna görə o,sürücüdən dəymiz ziyanı tələb edə bilməz.

xezerxeber/

AvtoReyd.Az

Related Post