Avtoreyd.Az Hadisə Elektrik naqillərinə ilişən “KamAZ” külə döndü (VİDEO)

Elektrik naqillərinə ilişən “KamAZ” külə döndü (VİDEO)


İsmayıllıda elektrik naqillərinə ilişən “Kamaz” külə dönüb. 
ARB TV xəbər verir ki, 31 yaşlı Cümşüd Xurşudov idarə etdiyi “Kamaz” markalı yük avtomobili ilə İsmayıllının Girk kəndinə ot aparırmış.
Ot bağlaması yüksək gərginlikli elektrik naqilinə ilişib, nəticədə yanğın baş verib. Sürücü canını son anda xilas edə bilib. “Kamaz” isə tamamilə yanıb.
Hadisə yerinə İsmayıllı və Göyçay rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Alov söndürülüb. Fakt araşdırılır.

Related Post

Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub, xəsarət alanlar var 9 İyun, 2017 20:19Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşub, xəsarət alanlar var 9 İyun, 2017 20:19

Gəncə şəhərində sərnişin avtobusu minik avtomobili ilə toqquşub. “Report”un Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi küçəsində, 41 nömrəli orta məktəbin qarşısında baş verib. Belə ki, 20 nömrəli xətt üzrə