Avtoreyd.az bildirir ki,Ekvadorda az qala faciəylə nəticələnəcək xoşagəlməz hadisə baş verib. Manabi əyalətində üzərində 32 nəfərin olduğu körpü çaya uçub. Zərər çəkənlərdən 10 nəfəri uşaqdır.
Suya düşən şəxslərdən heç kəs xoşbəxtlikdən ciddi xəsarət almayıb.
Körpü xalq bayram edən zaman, Manabi əyalətinin sakinlərinin çayda üzən əldəqayırma sallarda gedən yarışı izlədikləri vaxt uçub.
Hadisə nəticəsində 20-dən çox insan xəstəxanaya çatdırılıb. Onların hamısının aldığı xəsarətlər elə də ağır olmadığından tezliklə evə buraxılıblar.
Yerli hakimiyyət körpü qəzasının səbəblərini araşdırır.