Rusiyada Baykalyanı rayonda xristian zəvvarları daşıyan avtobusun aşması nəticəsində 11 nəfər ölüb, 40 nəfər yaralanıb. Yaralılar arasında 3-ü uşaqdır. Xristian zəvvarlar Urluk kəndindən Çitaya xaç yürüşündən qayıdırmışlar. Bu barədə Rossiya-24 xəbər yayıb.
Qəzanın baş verdiyi ərazidə təmir işləri aparılsa da xəbərdarlıq nişanələri olmayıb. Avtobusu 30 metr dərəyə düşüb və 180 dərəcə çevrilib.
Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb./FaktXəbər