Avtoreyd.Az Dörd çarx Xırdalan-Binəqədi-Balaxanı yolunun tikintisinə 5,3 milyon manat ayrıldı

Xırdalan-Binəqədi-Balaxanı yolunun tikintisinə 5,3 milyon manat ayrıldı


Prezident İlham Əliyev Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla 188 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,3 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AvtoReyd.Az

Related Post

Mərdəkanda 4 küçə təmir edilib diqərlrində işlər davam etdir – FOTOMərdəkanda 4 küçə təmir edilib diqərlrində işlər davam etdir – FOTO

Agentlikdən AvtoReyd.Az– a verilən məlumata görə,Bakı şəhərinin və onun qəsəbələrinin yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan genişmiqyaslı işlər