Avtoreyd.az bildirir ki, ABŞ-ın (National Highway Traffic Safety Administration — NHTSA) Yol hərəkətinin təhlükəsizliyi milli idarəsi Tesla Model X krossoverini ilk kraş-testdən keçirib.
Yol hərəkətinin təhlükəsizliyi milli idarəsi kraş-testləri keçirən zaman real vəziyyətə uyğun maksimal dərəcədə yaxın şərait yaradır. Məsələn, möhkəm divarla üzbəüz toqquşma zamanı krossover saatda 60 kilometr sürətlə hərəkət edir. Digər elektrokarlarda olduğu kimi bu avtomobilin də mühərriki qabaqda olmadığı üçün maşın sınaqdan pis çıxmayıb.
Yol hərəkətinin təhlükəsizliyi milli idarəsi Tesla Model X avtomobilinə bütün kateqoriyalar üzrə təhlükəsizliyin ən yüksək reytinqini verib. Beləliklə, elektrokarda olan zaman qabaq və yan toqquşma zaman xəsarət alma ehtimalı 10 faizdən azdır. Hazırda bu, dünyada ən təhlükəsiz krossoverdir.