Bakıda daha bir dairə ləğv edildi.
Xezerxeber.az məlumat verir ki, Yasamal rayonu ərazisində ”Beşmərtəbə” dairəsindən sonra, Nəriman Nərimanov heykəli yaxınlığındakı dairə də bağlanıb. ”Sovetski” ərazisinin yenidən qurulması layihəsi çərçivəsində Nərimanov prospektində təmir işlərindən sonra yolda əvvəlki döngə yığışdırılaraq bir qədər aşağıdan yeni döngə salınıb. Yəni sürücülər Mikayıl Müşfiq küçəsinə getmək üçün təxminən 100 metr aşağıdan yeni salınmış geriyədönmə yerindən dönə bilərlər.
“Azəravtoyol” ASC-nin layihə idaretmə qrupunun direktor müavini Zakir Paşayevin sözlərinə görə, həmin ərazidə yol zicgi xətləri çəkilib və yol boyu bir neçə yerdə geriyə dönüş nişanları qoyulub. Yaranan vəziyyətdən sürücülər də razıdırlar. Onların sözlərinə görə, dairənin bağlanması pik saatlarda ərazidə yarananan sıxlığın qarşısını alacaq.
İşlərin bu ayın sonuna qədər yekunlaşacağı gözlənilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: