Goranboyda avtomobil atlını vurub.
AvtoReyd.Az APA-nın qərb bürosunun verdiyi məlumata görə,xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Goranboy rayonu, Goran kəndindən keçən hissəsində baş verib.
Xanqərvənd kənd sakini, 1989-cu il təvəllüdlü Əhmədov Nemət Qabil oğlu atla hərəkət edən zaman sərnişin mikroavtobusu tərəfindən vurulub.
Yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.