Avtoreyd.Az Gündəm Yeni piyada keçidi istifadəyə verildi(Foto)

Yeni piyada keçidi istifadəyə verildi(Foto)


Yasamal rayonu Hüseyn Cavid prospektində yeni piyada keçidi istifadəyə verilib.

“Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə yeraltı piyada keçidi Hüseyn Cavid parkının qarşısında inşa edilib.

“Azəravtoyol” ASC-nin “Azəryolelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən 2 giriş-çıxışlı yeni piyada keçidinin ümumi uzunluğu 57.1 metrdir. Bura keçidin 21.9 metr uzunluğunda olan pilləkan hissələri və 35.2 metr olan qalereyası daxildir. Qalereyanın (keçid hissə) eni 5 metr, hündürlüyü isə 3.2 metrdir. Keçid xidməti otaqla və təhlükəsizlik kameraları ilə təchiz olunub.

Piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

AvtoReyd.Az

Related Post

Astaranın Taxtanəkəran-Toradi avtomobil yolunun tikintisi turizmin inkişafına təkan verəcək – FOTOAstaranın Taxtanəkəran-Toradi avtomobil yolunun tikintisi turizmin inkişafına təkan verəcək – FOTO

Astara rayonunun dağlıq ərazisində yerləşən, 12 min nəfər əhalinin yaşadığı və 38 yaşayış məntəqəsini birləşdirən və 26 km uzunluğunda olan Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi avtomobil yolunun tikinsi davam etdirilir. Bir-neçə gündür ki,