Avtoreyd.az bildirir ki, IHMC Robotics Lab şirkəti Marsın mənimsənilməsi üçün nəzərdə tutulan “Valkiriya” adlı ikiayaqlı robot-androidin Qırmızı planetin kələ-kötür səthində sınaqlarını nümayiş edib.
“Valkiriya”nın prototipi Lindon Conson adına kosmik mərkəz tərəfindən hazırlanıb. Robot onu əhatə edən obyekt və maneələri skan edən LIDAR adlanan sensorla təchiz edilib.
Androidin, başında olan özündə 3D-stereo yazısını və ətraf mühit haqqında təsvirin alınması üçün videonu cəmləşdirən MultiSense SL kamerasından başqa, üçbarmaqlı əllərində də 38 sensor quraşdırılıb. Onlar “Valkiriya”nın cəldliyini təmin edir. “Beyin” qismində isə robota iki ədəd Intel Core i7 prosessoru xidmət edir. Sınağın robota bərkidilmiş enerji ilə təchiz etmə şnurı ilə aparılmasına baxmayaraq, “Valkiriya” təxminən bir saata qədər enerji saxlayan akkumulyator batareyasına malikdir.
NASA “Valkiriya”nı əvvəlcə təbii fəlakətlər zamanı yardım etmək üçün nəzərdə tutmuşdu. Lakin 2014-cü ildə agentlik istiqaməti dəyişərək, robotu kosmosun öyrənilməsi üçün yenidən qurdu. Hazırda robotun əsas vəzifəsi Marsda gələcəkdə kosmik baza üçün yerin hazırlanması, kosmonavtların 2035-ci ilə planlaşdırılan Qırmızı planetin səthinə enməsinə yardım etmək, həmçinin qəza-təmir işlərinin aparılmasından ibarətdir.