Avtoreyd.az bildirir ki, hava gimnastı Erendira Uollenda Niaqara şəlaləsi üzərində bir sıra təhlükəli fəndlər göstərib. İdmançı şəlalənin üstündən uçan helikopterə halqa bərkitməklə, demək olar ki, 15 saniyə ərzində yüksək hündürlükdə dişləri ilə xüsusi üzükdən yapışaraq asılı qalıb.
Uollendanın uçuşu təxminən 20 dəqiqə davam edib. Gimnast bu çıxışını həyat yoldaşı Nikin nailiyyətinin beşilliyinə həsr edib. Belə ki, 2012-ci ildə onun əri məftil üzərində Niaqara şəlaləsinin Amerika tərəfindən Kanada hissəsinə keçmişdi.
Erendira fəndləri havada həyata keçirən zaman, onun əri və həmkarı helikopterdə olub.
Uollenda bildirib ki, yalnız belə anlarda özünü həqiqətən də canlı olduğunu hiss edir.