Avtoreyd.az bildirir ki,İstanbulda, Avropa və Asiya qitələrini ikiyə bölən Bosfor boğazında suyun rəngi gözlənilmədən dəyişib. Adətən Bosforun mavi rəngdə olan sularının qəfildən firuzəyi rəngə çalması yerli sakinləri təəccübləndirib.
Alimlər deyir ki, buna səbəb planktonun sayının artması olub. Ekoloji elmlər professoru Əhməd Semamın sözlərinə görə, bunun çirklənmə ilə heç bir əlaqəsi yoxdur, hətta əksinə, Qara dənizə faydası var.