Avtoreyd.az bildirir ki, Rusiyanın Xantı-Mansiysk muxtar dairəsinin polisi,10-dan artıq sahibsiz itin hücum etməsi nəticəsində, Sovetsk şəhərində həlak olan şəxsin ölüm fakt üzrə araşdırma aparır.
İstintaq məlumatlarına görə, gecə saatlarında ən azı 12 sahibsiz köpək, onları iki il ərzində yemləyən sənaye bazasının gözətçisinə hücum ediblər.
Çox güman ki, itlər kişiyə hücum edərək onu yerə yıxan vaxt, qarovulçu sərxoş olub. Heyvanlar tərəfindən yetirilən bədən xəsarətlərindən kişi hadisə yerində ölüb.Yayılan xəbərdə belə deyilir. Hazırda müstəntiqlər baş verən hadisənin səbəblərini araşdırırlar.
Kişinin qışqırtısını heç kim eşitməyib. İtlər onu bir neçə dəqiqə ərzində parçalayıblar. Qarovulçunun qalıqları yalnız səhər aşkar olunub.