Avtoreyd.Az Dörd çarx Helsinkidə sürücüsüz mikroavtobusun sınaqları başladı (Video)

Helsinkidə sürücüsüz mikroavtobusun sınaqları başladı (Video)


Finlandiyanın paytaxtı Helsinki şəhərinin rəhbərliyi bu ilin payızında avtonom nəqliyyat vasitələrinin hərəkət edəcəyi avtobus xətti istifadəyə veriləcəyini açıqlayıb.

 

İKT.lent.az-ın xəbərinə görə, Finlandiya yeganə ölkədir ki, orada sürücüsüz avtomobillərin hərəkətinə hər hansı rəsmi qadağa yoxdur.

Hazırda Helsinki küçələrində “Sohjoa” layihəsi çərçivəsində 2 eksperimental “EasyMile EZ10” mikroavtobusu hərəkət edir. Mikroavtobusların göyərtəsində operator var və o, təhlükəsizliyə və kompüterin fəaliyyətinə nəzarət edir. Hələlik sürət yüksək deyil və saatda 11 km-dir. “Sohjoa” layihəsi 2016-cı ildə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən  “mySMARTLife” proqramının Finlandiya bölümüdür. Məqsəd Avropa şəhərlərində enerji istehlakını 10-15% azaltmaq və enerji effektivliyi olan nəqliyyat infrastrukturunu inkişaf etdirməkdir.

Bu yay avtonom idarəetməyə malik avtobuslar sərnişinləri müntəzəm marşrut üzrə Mustikama əyləncə adasından mərkəzi zooparka daşımağa başlayacaq. Layihə uğurlu olarsa, “RoboBus” xətləri bütün şəhər üzrə istifadəyə veriləcək. Layihənin direktoru Harri Santamala bildirib ki, “RoboBus” avtonom nəqliyyatın real yol şəraitində davranışını izləmək və bu cür avtobuslardan şəhər miqyasında istifadə ediləcəyi təqdirdə, hansı çətinliklərin yarana biləcəyini görməyə imkan verəcək.

AvtoReyd.Az

Related Post

DİQQƏT! BABƏK PROSPEKTİNDƏ HƏRƏKT QİSMƏN MƏHDUDLAŞDIRILIR- XƏRİTƏDİQQƏT! BABƏK PROSPEKTİNDƏ HƏRƏKT QİSMƏN MƏHDUDLAŞDIRILIR- XƏRİTƏ

DİQQƏT! BABƏK PROSPEKTİNDƏ HƏRƏKT QİSMƏN MƏHDUDLAŞDIRILIR- XƏRİTƏ Qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsindən AvtoReyd.Az-a verilən məlumata görə,Babək prospektində “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq bu gündən etibarən prospektin