Avtoreyd.az bildirir ki, Hindistanın Kerala ştatının Balusseri kəndində, gözləri olmayan, amma insan dodaqlarını xatırladan keçi balası doğulub. Yerli sakinlər heyvanı “bədheybət” və “iblis” kimi ifadələrlə damğalasa da, ancaq fermerlərdən biri çəpişi himayəsinə götürmək qərarı verib.
Keçi balasını böyütməyi düşünən fermer Vi Çandra bildirib ki, çəpişi şər qüvvə hesab etmir.
“Mənim ailə üzvlərim artıq illərdir ki, ev heyvanlarının yetişdirilməsiylə məşğul olur. İndiyədək biz çox şey görmüşük və bu, hələ ən qorxuncu deyil”, — hindli belə deyib.
Onun arvadı keçi balasını kiçik butulkadan yemləyir, çünki çəpiş hələ sərbəst şəkildə qidalana bilmir.
Hindlilər əmindirlər ki, bu qeyri-adi varlıq sağ qalacaq.