Avtoreyd.Az Hadisə Bakı metrosunda DƏHŞƏT: Qatarın altında qalıb öldü

Bakı metrosunda DƏHŞƏT: Qatarın altında qalıb öldü


Bu gün Bakı metrosunda faciəvi hadisə baş verib.

AvtoReyd.Az  lent.az-a istinadən bildirir ki, saat 12:30 radələrində bədbəxt hadisə nəticəsində qatarın altına yıxılan 1934-cü il təvəllüdlü Xəlilov Səyyad Şirin oğlu həkimlərin səyinə baxmayaraq ölüb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, 83 yaşlı kişi intihar məqsədi ilə özünü qatarın altına atıb. Belə ki, S.Xəlilov saat 12:33-də özünü qatarın altına atıb. Dərhal platformaya daxil olan qatar cərəyandan ayrılıb və saat 12:50-də S.Xəlilov huşsuz vəziyyətdə qatarın altından çıxarılıb. Burada məlum olub ki, onun bədənində hər hansı sınıq xəsarəti yoxdur, yəni qatarın altında qalsa da, ortadakı boşluğa düşüb və vaqonun təkərləri onun üstündən keçməyib. Bununla belə hadisənin şoku altında olan ahıl kişinin ürəyi partlayıb və onun həyatını xilas etmək mümkün olmayıb.

AvtoReyd.Az

Related Post

Salyanda avtomobil yanıbSalyanda avtomobil yanıb

Salyanda avtomobil yanıb   Salyan rayonunda vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin salon hissəsi yanıb.   Avtoreyd-dın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, avtomobilin qalan hissələri yanğından mühafizə

Metroda qəribə hadisə: maşinist qapıları açmadı, növbəti stansiyaya getdi – SƏBƏBMetroda qəribə hadisə: maşinist qapıları açmadı, növbəti stansiyaya getdi – SƏBƏB

Bu gün səhər saatlarında Bakı metrosunda həyəcanlı anlar yaşanıb.  Sərnişinlərin BAKU.WS-ə verdiyi məlumata görə, “İçərişəhər” stansiyasına gedən qatar metronun “Nəriman Nərimanov” stansiyasında dayansa da qapılar açılmayıb və qatar yenidən hərəkət etməyə