Avtoreyd.Az Maraqlı Airbus dünyada ən böyük sərnişin təyyarəsinin yeni versiyasını təqdim edib (Video)

Airbus dünyada ən böyük sərnişin təyyarəsinin yeni versiyasını təqdim edib (Video)

| | 0 Comments | 05:12

Avtoreyd.az bildirir ki, iyunun 18-də Avropanın aparıcı aviatikinti konserni olan Airbus, dünyada ən böyük sərnişin avialayneri – A380-in yenilənmiş versiyasını təqdim edib. Konsernin mətbuat xidmətindən bildiriblər ki, yeni təyyarə A380plus adlanacaq.

Müasirləşdirmə nüansları arasında təyyarənin qanadının yeni dizaynı da var, hansı ki, şirkətin iddiasına görə, yanacağın işlənməsinə 4% qənaət edəcək. Aviaşirkət həmçinin vurğulayır ki, yeni layner salonun sahəsinin optimallaşdırılması hesabına daha qənaətli və tutumlu olacaq. Bu da daha çox sərnişin kreslosu əlavə etməyə imkan verəcək.

Airbus hesablamalarına görə, yeniliklər aviaşirkətlərə hər sərnişin üçün çəkilən xərcləri 13% azaltmağa icazə verəcək. O, əvvəlki versiyası ilə müqayisədə əlavə olaraq 80 sərnişin daşıyacaq və ya 300 dəniz mili daha uzağa uça biləcək.

http://www.youtube.com/watch?v=Fmf8YBigM1Y

Related Post

Moskvadan rahatlıqla Qırğızıstana: bir furqonda 26 nəfər və təndır (Video)Moskvadan rahatlıqla Qırğızıstana: bir furqonda 26 nəfər və təndır (Video)

Ötən ayın rekordu vurulub. AvtoReyd.Az-ın məlumatına görə,Rusiyanın Krasnoyarsk vilayətində dövlət yol hərəkət təhlükəsizlik müfəttişliyinin əməkdaşları insanları Qırğızıstana daşıyan mikroavtobusu saxlayıblar.Nəqliyyat vasitəsində 26 nəfər olub.İnsanların mikroavtobusun içərisində kustar üsulla iki mərtəbəyə

Təcili yardım avtomobilinin sürücüsünü yadplanetli ilə səhv saldılar (Video)Təcili yardım avtomobilinin sürücüsünü yadplanetli ilə səhv saldılar (Video)

AvtoReyd.Az-ın məlumatına görə,kadrlar Argentinanın Rio-Neqro əyalətində çəkilib. Avtomobil qəzasının əks olunduğu görüntü tamaşaçıları bərk qorxudub. Lakin insanları təşvişə salan çevrilən avtomobil olmayıb. Hamını heyrətləndirən bütün baş verənləri ətrafdan maraqla müşahidə