Avtoreyd.Az Gündəm Bakıda bu marşrutlar 20 saat işləyəcək

Bakıda bu marşrutlar 20 saat işləyəcək


Bakı Nəqliyyat Agentliyi 23-25 iyun tarixlərində paytaxtımızda keçiriləcək Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz və rahat faəliyyətini təmin etmək məqsədi ilə zəruri tədbirlərin icrasını davam etdirir.
AvtoReyd.Az BAKU.WS-ə verilən məlumata görə,bildirir ki, “Bakı Şəhər Halqası” Əməliyyat şirkətinin müraciətinə əsasən, yarış günlərində keçiriləcək mədəni-kütləvi tədbirlərdə iştirak edəcək şəxslərin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq məqsədi ilə 3 marşrut xətti üzrə avtobusların 20 saatlıq iş rejimində işləməsi qərara alınıb.
Beləliklə, 23-25 iyun tarixlərində 5, 53 və 65 nömrəli marşrut xətti üzrə avtobuslar səhər saat 06:00-dan gecə saat 02:00-dək sərnişinlərə xidmət göstərəcək. Bakı Nəqliyyat Agentliyinin müvafiq qərarının icrası ilə bağlı 5, 53 və 65 nömərli marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcılara xəbərdarlıq məktubu da ünvanlanıb.

Related Post

Prezident avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.Prezident avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev Balakən rayonunun Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. AvtoReyd.Az xəbər verir ki, sərəncama əsasən, doqquz min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Balakən–Hənifə–Gülüzanbinə