Avtoreyd.Az Hadisə Britaniyada təyyarədə sərnişini belə döydülər (video)

Britaniyada təyyarədə sərnişini belə döydülər (video)

| | 0 Comments | 20:03

Avtoreyd.az bildirir ki,Turkish Airlines türk aviaşirkətinin sərnişinini təyyarədən düşürməzdən əvvəl və Böyük Britaniyadan deportasiya etməzdən öncə, Londonun Hitrou aeroportunda laynerdə döyüblər.

Həmin reyslə İstanbula uçan sərnişinlərdən birinin sözlərinə görə, təyyarə yola düşməzdən əvvəl laynerin göyərtəsinə zahiri görünüşünə görə Britaniya miqrasiya xidmətinin əməkdaşı olan şəxs qalxıb.

Bu şəxs Əfqanıstan vətəndaşı olan sərnişinin üzünə bir neçə dəfə vuraraq, onun başını divara sıxıb. Əfqanıstanlı buna cavab olaraq qışqırmağa başlayıb ki, onu vətənə deportasiya edirlər, orada isə həyatı üçün təhlükə var.

Kişini təyyarədən çıxardıqdan sonra təyyarə İstanbula uçub. Baş verənlər sərnişinləri çox təəcübləndirib, bəziləri hətta ağlayıb.

Britaniya Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, deportasiya anının bəzi məqamlarını onlar şərh etmir. Bununla belə o əlavə edib ki, əgər insan ölkədə qanunsuz şəkildə yaşayırsa və könüllü formada dövləti tərk etmək istəmirsə, güc strukturları əməkdaşları lazımi ölçü götürə bilər.

http://www.youtube.com/watch?v=YaKCT_lDR7k

Related Post

Bakıda avtobusun vurduğu 44 yaşlı qadın 60 gündən sonra öldü – 10 yaşlı qızı qaldıBakıda avtobusun vurduğu 44 yaşlı qadın 60 gündən sonra öldü – 10 yaşlı qızı qaldı

Bakıda avtobus sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması nəticəsində ağır xəsarətlər alan və 2 aydır komada olan qadın dünyasını dəyişib. AvtoReyd.Az xəbər verir ki, bu barədə baku.ws-yə mərhumun həyat yoldaşı Müzəffər İsmayılov