Avtoreyd.az bildirir ki,Qo soyadlı çinli sürücü əvvəlcə kobranı öz qarajında görüb. Kişi odluğun köməyi ilə ilanı oradan qovduqdan sonra, kobra sürünərək qazona gedib.
Hadisə yerinə gələn Meşə polisinin əməkdaşları xüsusi maşaların köməyi ilə kobranı tutmağa çalışıblar, amma ilan qurtula bilib və sürünərək şassi vasitəsilə, yaxınlıqda olan mikroavtobusun içinə girib. Mikroavtobusun kapotunu açan sürücü və polislər, maşaların köməyi ilə birtəhər də olsa ilanı oradan çıxardaraq kisəyə salıblar.
Nəticədə, uzunluğu üç metr, çəkisi isə 4,6 kiloqram olan ilanı, sonradan vəhşi təbiətə buraxmaq üçün sığınacağa göndəriblər.
Sürücü güman edir ki, ilan onun maşınına bir neçə gün əvvəl, yerli su anbarlarından birinə səfəri zamanı sürünərək girib və bütün bu vaxt ərzində də qarajda gizlənib.