Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
AvtoReyd.Az “Report” istinadən xəbər verir ki, hadisə aeroport yolunun Sabunçu rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
“Audi” markalı “99-HL-277” dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən Masallı rayon sakini, 1987-ci il təvəllüdlü Fərzəliyev Samit Qulam oğlunu vurub. Piyada hadisə yerində keçinib.
Əraziyə Yol və Polis patrul xidmətlərinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.