AvtoReyd.Az FaktXəbər-in verdiyi məlumata görə,bildirir ki, Türkiyənin Aydın vilayətindəki xəstəxanaların birində qeyri-adi hadisə baş verib. Belə ki, xəstəxananın MRT şöbəsinə səhvən silahla daxil olan keçmiş polis məmuru maqnit otağında çətin vəziyyətə düşüb.
Qaynatasını MRT elətdirmək üçün onu xəstəxanaya gətirən 57 yaşlı Beyhan soyadlı şəxs otağa daxil olarkən belindəki tapança aparata yapışıb. 2 saat müddətində silahı aparatdan ayıra bilməyən mütəxəssislər sonda tapançanı hissələrə bölərək istəklərinə nail olublar.