Avtoreyd.Az Maraqlı Ohayoda sərxoş vəziyyətdə avtomobil idarə etməyə görə qeyri-adi cəza.

Ohayoda sərxoş vəziyyətdə avtomobil idarə etməyə görə qeyri-adi cəza.

| | 0 Comments | 19:03

Avtoreyd.az bildirir ki, Amerikada, Ohayo ştatında sərxoş vəziyyətdə yaxalanan sürücülərə qarşı maraqlı cəza növü tətbiq edilib.

Ekspertlər hesab edir ki, smartfonda olan proqram əlavəsi sərxoş sürücüləri yola təhlükəli şəkildə davam etdirməkdən çəkindirəcək.

Cərimə və həbs müddətindən başqa Ohayo ştatının sürücüləri, sərxoş vəziyyətdə avtomobilin idarə olunmasına görə, daha bir sanksiya növü ilə qarşılaşa bilərlər. Belə ki, yerli məhkəmə təqsirkar sürücülərə smartfona onlayn taksi sifarişi üçün Uber və ya Lyft proqram əlavəsinin yüklənilməsini öhdəlik olaraq qəbul etdirməyə başlayıb.

Hakim Maykl Sikkonetti əmindir ki, taksi üçün ödəniş etmək daha ucuz başa gəlir, nəinki min dollar cərimə.

Proqram əlavəsi yüklədikdən sonra sərxoş halda saxlanılan sürücü, həmçinin bank kartının nömrəsini də daxil etməli olacaq. Hakimin fikrincə, Uber və ya Lyft-in yüklənilməsi, hətta az miqdarda belə içki qəbul edən avtomobil sahibinə imkan yaradacaq ki, özünə taksi sifariş versin.

Related Post