Avtoreyd.az bildirir ki, günün qaranlıq saatlarında polis əməkdaşları sərxoş vəziyyətdə avtomobil idarə edən şəxsi saxlayıb.
Bundan narazı qalan qayda pozucusu hüquq-mühafizə orqanlarının əməkdaşlarına əvvəlcə sözlə müqavimət göstərməyə başlayıb, sonra isə artıq fiziki olaraq.
Polis ona hansı səbəbdən saxlanıldığını izah edən zaman, sərxoş sürücü dizi ilə qanun keşikçisinin qasığından vurub. Ancaq özünü itirməyən polis təcavüzkar sürücünü sakitləşdirməyə qərar verərək, yumruqla qayda pozucusunun nəfəsini kəsib.