Avtoreyd.Az Gündəm 23-25 iyun tarixlərində 5, 53 və 65 nömrəli marşrut xətti üzrə avtobuslar səhər saat 06:00-dan gecə saat 02:00-dək sərnişinlərə xidmət göstərəcək

23-25 iyun tarixlərində 5, 53 və 65 nömrəli marşrut xətti üzrə avtobuslar səhər saat 06:00-dan gecə saat 02:00-dək sərnişinlərə xidmət göstərəcək


AvtoReyd.Az Bakı Nəqliyyat Agentliyinin saytına istinadən məlumat verir ki,Bakı Nəqliyyat Agentliyini 23-25 iyun tarixlərində paytaxtımızda keçiriləcək Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz və rahat faəliyyətini təmin etmək məqsədi ilə zəruri tədbirlərin icrasını davam etdirir.

“Bakı Şəhər Halqası” Əməliyyat şirkətinin müraciətinə əsasən, yarış günlərində keçiriləcək mədəni-kütləvi tədbirlərdə iştirak edəcək şəxslərin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq məqsədi ilə 3 marşrut xətti üzrə avtobusların 20 saatlıq iş rejimində işləməsi qərara alınıb. Beləliklə, 23-25 iyun tarixlərində 5, 53 və 65 nömrəli marşrut xətti üzrə avtobuslar səhər saat 06:00-dan gecə saat 02:00-dək sərnişinlərə xidmət göstərəcək. Bakı Nəqliyyat Agentliyinin müvafiq qərarının icrası ilə bağlı 5, 53 və 65 nömərli marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcılara xəbərdarlıq məktubu da ünvanlanıb.

AvtoReyd.Az

Related Post

Sabah da yağış yağacaqSabah da yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, oktyabrın 20-də gecə yarımadanın bəzi