Avtoreyd.az bildirir ki,Hindistanın Trissur şəhərində “Ambalapura” dini bayramında çarvadarın nəzarətindən çıxan fil maşını çevirib.
Çox güman ki, fili bayramın səs-küyü və havanın həddən artıq istisi özündən çıxarıb. Nəticədə, o öz sahibinə tabe olmayaraq şuluqluq etməyə başlayıb. Bayram iştirakçıları təlaş içində ora-bura qaçışdıqları zaman, heyvan xortumu ilə içərisində sərnişin olmayan azlitrajlı minik avtomobilini çevirib və bir neçə motosikli aşırıb.
Xoşbəxtlikdən, bir müddətdən sonra fil sakitləşib və yenidən sahibinin nəzarəti altına keçib.