Moskva ətrafında göydən böyük yanan obyektin düşdüyü görünüb. Odlu şarın görüntüləri yoldan ötən avtomobilin qeydiyyat kamerası tərəfindən görüntülənib.
Parlaq işıqlı xətti görən şahidlər dərhal polisə və FHN-ə bu barədə məlumat veriblər.
Bildirilir ki, meteorabənzər obyektin düşməsinə görə zərərçəkənlər var. Belə ki, yerli sakinlərdən biri iti ilə gəzərkən göydə parlaq obyekt gördüyünü, az sonra partlayış səsini eşitdiyini və arxadan zərbə hiss edərək huşunu itirdiyini bildirib. Başqa zərərçəkeənlərin də ola iləcəyi ehtimal edilir.
İlkin məlumatlara görə, oybektin mənşəyini müəyyənləşdirmək üçün xüsusi kimyəvi analiz keçirilməlidir. Obyektin düşdüyü yer hələ ki, müəyyənləşməyib. /faktxəbər