“Nissan Manufacturing Rus” şirkəti Rusiyada 7 minə yaxın avtomobili geri çağırıb.
AvtoReyd.Az Trend-ə istinadən bildirir ki, qərar sükan mexanizmində qeydə alınan qüsurlarla əlaqədardır.Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2013-2016-cı illərdə istehsal olunmuş “Nissan Murano Z51” modellərinə şamil olunur.