Avtoreyd.Az Hadisə “Porsche” ilə 2 uşaq anasını vuraraq öldürən yeniyetmə haqqında qərar verildi

“Porsche” ilə 2 uşaq anasını vuraraq öldürən yeniyetmə haqqında qərar verildi


Məhkəmə Bakıda “Porsche” ilə qadını vuraraq öldürən yeniyetmə barəsində qərar çıxarıb.
Bakı şəhər prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, Sabunçu rayon Məhkəməsinin 22 iyun 2017-ci il tarixli qərarı ilə Sabunçu Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış Fərəcli Ağaəli Fizuli oğlunun barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə dair vəsatəti təmin edilib və o, qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilib.
Qərarın icrası Sabunçu İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya və Sabunçu Rayon Polis İdarəsinə həvalə edilib.

Related Post

Bakı-Sumqayıt yolundakı dəhşətli qəzanın +18 VİDEOsuBakı-Sumqayıt yolundakı dəhşətli qəzanın +18 VİDEOsu

Bakı-Sumqayıt magistralında baş vermiş qəzanın görüntüləri yayılıb. AvtoReyd.Az Missiya.Az-a istinadən xəbər verir ki,magistralın 9-cu kilometrliyində “Toyota” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarında dayanmış Kamaz markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində sürücü sıxılmış vəziyyətdə avtomobildə