Avtoreyd.Az Hadisə Bakıda keçirilən Formula 2 yarışında zəncirvari qəza baş verib – VİDEO

Bakıda keçirilən Formula 2 yarışında zəncirvari qəza baş verib – VİDEO


Bakıda keçirilən Formula 2 yarışının VII mərhələsində zəncirvari qəza baş verib.

AvtoReyd.Az “Report”un məlumatına görə,bildirir ki, hadisə trekin ən təhlükəli hissəsində – 8-ci döngədə olub. Əvvəlcə Şon Gelaelın (İndoneziya, Pertamina Arden) idarə etdiyi bolid səddə çırpılıb. Arxadan gələn Sergey Sirotkin (Rusiya, ART Grand Prix), Nobuharu Matsuşita (Yaponiya, ART Grand Prix) və Qustav Malyanın (İsveç, Racing Engineering) idarə etdikləri maşınlar isə ardıcıllıqla bir-birilərinə girərək yararsız hala düşüblər.

Nəticədə sözgedən pilotlar yarışı yarımçıq dayandırıblar. Onların idarə etdikləri bolidlər kran vasitəsi ilə trassdan götürülüb.

Qeyd edək ki, hazırda davam edən yarışda daha əvvəl Antonio Fuoko (İtaliya, Prema Racing) ilə Coni Sekotto (Venesuela, Rapax) qəza törədərək mübarizəni dayandırıblar.

AvtoReyd.Az

http://https://youtu.be/I3Ly1YjdJdA

Related Post

Bu kadrlar sizi şoka salacaq – Sürücü sərnişinlərin həyatını təhlükəyə atdı (Video)Bu kadrlar sizi şoka salacaq – Sürücü sərnişinlərin həyatını təhlükəyə atdı (Video)

Bakıda marşrut sürücüsü azyaşlı uşağı qucağında otuzduraraq avtobus idarə edib. Həmin vaxt sərnişinlərdən biri sürücünün şəklini çəkərək ”Xəzər Xəbər”in votsap nömrəsinə göndərib. Sərnişin iddia edir ki, sürücü uşaq ağladığı üçün