Avtoreyd.az bildirir ki, Belarus paytaxtında tank fənər dirəyinə çırpılaraq, onu uçurub. Hadisə nəticəsində zərər çəkən olmayıb.
Minsk şəhərinin küçələrindən birində hərəkət edən tank, gözlənilmədən yolun kənarındakı dirəyi uçurduqdan sonra ağaca çırpılıb.
Belarus Müdafiə Nazirliyi paytaxtın mərkəzində T-72 tankının iştirakıyla baş verən yol-nəqliyyat hadisəsini şərh etməyib.
Qeyd edək ki, həmin vaxt hava yağışlı olduğundan asfalt yaş olub. Məlum olduğu kimi, hərbi texnikanın şəhərdə asfalt döşənmiş yollarda yol örtüyünü korlamaması üçün tırtıllarına rezin örtük çəkilir.
Ola bilsin ki, elə bu da yaş yolda tankın sürüşməsinə səbəb olub.
http://www.youtube.com/watch?v=78w9U_4zQ1U