Avtoreyd.az bildirir ki, polşalı mühəndis Marek Baçinski kartofdan robot düzəldib. İxtiraçı meyvəköklüyə enerji toplamaq üçün superkondensator,həmçinin, mühərrik və təkərlər qoşub. Bundan başqa, robot-kartof sərbəst hərəkət istiqamətini seçmək üçün idarəetmə paneli ilə də təchiz edilib.
Bu model üçün bəzi detallar 3D-printerdə çap edilib. Nəticədə robot hər 15 dəqiqədən bir müstəqil şəkildə 8 santimetr məsafə qət edə bilir. Marek Baçinski deyir ki, bu hələ son hədd deyil.