Avtoreyd.Az Gündəm Yol-hərəkətinin təşkilində növbəti səhv (Video)

Yol-hərəkətinin təşkilində növbəti səhv (Video)


Bu, yeni təmirdən çıxmış Pirallahı yoludur. 3.24 nişanı vasitəsi ilə yol sahəsində tətbiq olunan sürət məhdudiyyəti nişanından əvvəlki yol sahəsində mövcud olan sürət həddindən saatda 20 km-dən çox fərqləndikdə, bu nişan pillələrlə, hər dəfə sürət həddini saatda 20 km-dən artıq olmayaraq məhdudşaldırmaqla tətbiq olunmalıdır. Bu zaman sürət məhdudiyyətini müəyyən edən 3.24 nişanı bir birindən aralı quraşdırılmalıdır. Yaşayış məntəqəsinin girişində quraşdırılan 5.22 nişanı ən az 150 metr məsafədən görünürsə, sürət həddinin pilləli şəkildə məhdudlaşdırılmasına zərurət yoxdur. Gördüyünüz kimi bu ərazidə heç bir standartlara riayət olunmayıb. Bu da o deməkdir ki, saatda 100 km sürətlə hərəkət edən nəqliyyat vasitəsi sürətini saatda 40 km-dək sala bilməyərək, Pirallahı rayonunun girişində quraşdırılan radara düşür. Bu da qeyri-qanunidir. Bunu qanuniləşdirmək üçün ən azı sürət məhdudiyyətini müəyyən edən 3.24 nişanını pilləli şəkildə hər dəfə sürət həddini saatda 20 km-dən artıq olmayaraq məhdudlaşdırmaq lazımdır. Ümid edirik ki, aidiyyatı qurumlar tərəfindən məsələ öz həllini tapacaq.

AvtoReyd.Az

Related Post