Bu, yeni təmirdən çıxmış Pirallahı yoludur. 3.24 nişanı vasitəsi ilə yol sahəsində tətbiq olunan sürət məhdudiyyəti nişanından əvvəlki yol sahəsində mövcud olan sürət həddindən saatda 20 km-dən çox fərqləndikdə, bu nişan pillələrlə, hər dəfə sürət həddini saatda 20 km-dən artıq olmayaraq məhdudşaldırmaqla tətbiq olunmalıdır. Bu zaman sürət məhdudiyyətini müəyyən edən 3.24 nişanı bir birindən aralı quraşdırılmalıdır. Yaşayış məntəqəsinin girişində quraşdırılan 5.22 nişanı ən az 150 metr məsafədən görünürsə, sürət həddinin pilləli şəkildə məhdudlaşdırılmasına zərurət yoxdur. Gördüyünüz kimi bu ərazidə heç bir standartlara riayət olunmayıb. Bu da o deməkdir ki, saatda 100 km sürətlə hərəkət edən nəqliyyat vasitəsi sürətini saatda 40 km-dək sala bilməyərək, Pirallahı rayonunun girişində quraşdırılan radara düşür. Bu da qeyri-qanunidir. Bunu qanuniləşdirmək üçün ən azı sürət məhdudiyyətini müəyyən edən 3.24 nişanını pilləli şəkildə hər dəfə sürət həddini saatda 20 km-dən artıq olmayaraq məhdudlaşdırmaq lazımdır. Ümid edirik ki, aidiyyatı qurumlar tərəfindən məsələ öz həllini tapacaq.
Yol-hərəkətinin təşkilində növbəti səhv (Video)
Categories:
Related Post
Meteohəssas insanlara XƏBƏRDARLIQMeteohəssas insanlara XƏBƏRDARLIQ
Aprelin 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin aprelin 14-dən 15-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı
Yol təsərrüfatına ziyan vuranlar pulu ödəmirlər – 521 min manatlıq zərər – VİDEOYol təsərrüfatına ziyan vuranlar pulu ödəmirlər – 521 min manatlıq zərər – VİDEO
Qəzalar zamanı avtomobillərlə yanaşı yol təsərrüfatına da xeyli ziyan dəyir. Xezerxeber.az-ın məlumatına görə, ötən il ölkə ərazisində yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 396 yol-nəqliyyat hadisəsi baş verib.
Qəbələyə dəmir yolu xətti çəkilirQəbələyə dəmir yolu xətti çəkilir
“Azərbaycan Dəmir Yolları” QSC Qəbələ rayonuna dəmir yolu xətti çəkməyə başlayıb. Bu barədə qurumun sədri Cavid Qurbanov məlumat verib. “Eyni zamanda Qusar rayonunda dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə