Avtoreyd.Az Avtoxəbər Toyxana, yoxsa sərnişin avtobusu? – VİDEO

Toyxana, yoxsa sərnişin avtobusu? – VİDEO


Sürücü musiqiyə o qədər səs verib ki , avtobusun içərisində ağız deyəni qulaq eşitmir. İlk baxışdan hansısa toyxananı xatırlatsa da, bu bir çox sərnişinin gündəlik qarşılaşdığı mənzərdi.

AvtoReyd.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, görüntülər Bakıdakı marşrut avtobuslarından birində çəkilib

Sərnişinlər sürücülərin belə xidmət göstərmələrinin özlərinə qarşı hörmətsizlik kimi qiymətləndirməklə yanaşı, təhlükəli olduğu da qənaətindədirlər.

Sürüclər isə bəzi məqamlarda sərnişinlərin haqlı olduğunu deyirlər. Onların əksəriyyəti hərəkətdə olarkən musiqiyə səs verməyin və ümumiyyətlə qulaq asmağın düzgün olmadığını deyirlər.

Bakı Nəqliyyat Agentliyidən isə belə faktların olmaması üçün mütəmadi olaraq işlər görüldüyünü deyirlər.

Agentliyin sözçüsü Mais Ağayev bildirdi ki, belə xoşagəlməz hallarla qarşılaşan sərnişinlər 141 çağrı mərkəzinə müraciət etsinlər. Bundan sonra həmin sürücü haqqında lazımi cəza tədbirləri görüləcək.

AvtoReyd.Az

Related Post

Bakıda SSRİ nazirlərinin avtomobili satışa çıxarıldı – “Çayka”nın qiyməti 85 min manatdır (Video)Bakıda SSRİ nazirlərinin avtomobili satışa çıxarıldı – “Çayka”nın qiyməti 85 min manatdır (Video)

Bakıda bir vaxtlar SSRİ-nin iki nazirinin istifadəsində olmuş antikvar avtomobil satılır. Sovet dövrünün ən uzun müddətli xarici işlər naziri olmuş Andrey Qromikonun avtomobili sonradan onun xələfi Eduard Şevardnadzeyə keçir. İllər