Kiyevdə hərbçinin ölümü ilə nəticələnən hadisə terrordur.
AvtoReyd.Az “Report” UNİAN-a istinadən verdiyi xəbərə əsasən bildirir ki,hadisə ilə “terror hadisəsi” maddəsi ilə cinayət işi açılıb. Bunu Ukrayna Daxili İşlər Nazirliyi kommunikasiya idarəsinin direktoru Artyom Şevçenko bildirib.
Direktor əlavə edib ki, partlayış nəticəsində ölən şəxs 1978-ci il təvəllüdlü, Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi xüsusi təyinatlı dəstəsinin rəhbəridir.
Hadisə nəticəsində yaralanan iki nəfər yoldan keçən təsadüfi sakinlər olub.